13 Noyabr 2017, 23:33
353
Ukrayna təmsilçisi gələn həftə azərbaycanlı futbolçuyla müqavilə bağlayacaq

Azərbaycanlı futbolçu Hüseyn Əhmədovun Ukraynanın I liqasında mübarizə aparan “Gelios” klubuyla müqavilə bağlayacağı haqda məlumat vermişdik.

Sportlife.az xəbər verir ki, futbolçumuzun Ukrayna təmsilçisiylə müqavilə bağlaması bir qədər uzadılmalı olub. Buna Əhmədovun təzyiq probleminin olması səbəb olub. Klubun həkimlərinin nəzarəti altında müalicə alan 17 yaşlı futbolçu uzun müddətdən sonra bu gün məşqə çıxıb.

Bizə verilən məlumata görə, klubla futbolçu arasında sözləşmə gələn həftə rəsmiləşəcək. 

BÜTÜN XƏBƏRLƏR
ARXİV