Vasif Haqverdiyevin yetirmələri Rəşad Sadıqovun komandasını 3:1 yerə parçaladı

Vasif Haqverdiyevin yetirmələri Rəşad Sadıqovun komandasını 3:1 yerə parçaladı

  • 21 Fevral 2018, 15:44

U-19 Liqasının 17-ci turunda “Səbail” “Qarabağ”ı qəbul edib. Sportlife.az xəbər verir ki, bir müddət əvvəl Azərbaycanı UEFA Gənclər Liqasında təmsil etmiş Ağdam təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb.

Belə ki, “Səbail” sözügedən görüşdə 3:1 hesablı qələbəyə sevinib. “Qarabağ” bu oyunda əsas heyətin üzvləri ilə mübarizə aparıb.

Qeyd edək ki, “Səbail”in heyətini təşkil edən futbolçuların böyük əksəriyyəti “Əlincə” klubunun yetirmələridi.

Bu komanda 2 il öncə U-16 Liqasında 2-ci, ötən il isə U-17 Liqasının çempionu olub. Bütün bu uğurlar komandanın baş məşqçisi Vasif Haqverdiyevin rəhbərliyi altında əldə olunub.


Paylaş: