Vüqar Məmməd Hüseyn Əhmədovu niyə milliyə çağırmır?

Vüqar Məmməd Hüseyn Əhmədovu niyə milliyə çağırmır?

  • 22 Dekabr 2018, 15:56

Dekabrın 12-dən 19-dək Bakıda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçirildi.

Sportlife.az xəbər verir ki, sözügedən komandanın baş məşqçisi Vüqar Məmməd sol cinah müdafiəçisi Hüseyn Əhmədova yenə dəvət göndərmədi.

Xatırladaq ki, Hüseyn Birinci Divizionda "Zirə-2"nin heyətində 4 oyunluq cəza alması səbəbindən noyabr ayında açıqlanan daha öncəki toplanışa da dəvət almamışdı.

Halbuki, millinin mənafeyi baxımından Hüseynin belə toplanışlarda iştirakı vacibdi. Gənc futbolçunu itirmək çox asandı. Ölkədə gənc futbolçunun tapılmadığı dönəmdə V.Məmmədin perspektivli bir oyunçunu kənarda saxlamasını başa düşmək olmur. Üstəlik, onu da nəzərə almaq lazımdı ki, Hüseynin Ukrayna karyerası, “Metallist”, “Gelios” kimi klublarda oynamasının özü də böyük təcrübədi. Bu təcrübəsi ilə o, nəinki indi, gələcəkdə də Azərbaycan yığmasına böyük fayda verə bilər. Belə oyunçuları qazanmaq, futbolumuza qazandırmaq lazımdı. 

Sonda onu da bildirək ki, V.Məmməd "Futbol+" qəzetinə açıqlamasında H.Əhmədovun qarşıdakı toplanışlara çağırılacağını bildirib. O, bunun üçün futbolçunun formada olmasının vacibliyini bildirib. Ümid edək ki, U-19-un çalışdırıcısı doğrudan da müdafiəçi ilə heç bir prinsip aparmır və Hüseyni növbəti toplanışlarda heyətdə görə biləcəyik.


Paylaş: