Xəzər Almaniya klubu ilə qarşılaşacaq

Xəzər Almaniya klubu ilə qarşılaşacaq

  • 15 Yanvar 2018, 20:32

Birinci Divizion təmsilçisi “Xəzər” sabah Türkiyəyə yollanacaq. Sportlife.az xəbər verir ki, artıq komandanın Antalyadakı təlim-məşq toplanışı zamanı keçirəcəyi ilk yoxlama matçında rəqibi də bəllidi.

Sözügedən komanda Almaniyanın “Vakker Nordhauzen” kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma yanvarın 20-də “Titanik” İdman Mərkəzinin stadionunda baş tutacaq.

Xatırladaq ki, “Xəzər” Bakıdakı toplanışını bu gün “Səbail”ə qarşı keçirdiyi yoxlama oyunu (1:3) ilə yekunlaşdırıb.


Paylaş: