Xəzər Almaniya klubuna böyük hesabla uduzdu

Xəzər Almaniya klubuna böyük hesabla uduzdu

  • 20 Yanvar 2018, 19:31

Mövsümün qalan hissəsinə Antalyada hazırlaşan Birinci Divizion təmsilçisi “Xəzər” bu gün təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Sportlife.az xəbər verir ki, paytaxt təmsilçisi Almaniyanın “Vakker Nordhauzen” klubu ilə qarşılaşıb.

“Titanik” İdman Mərkəzinin stadionunda keçirilən matç Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.

Yoxlama oyunu
20 yanvar

"Xəzər" - “Vakker Nordhauzen” - 0:3
Qollar: Daniel Haqler, 1; 69. Bedi Buval, 35.

“Xəzər”: 1. Tərlan Əhmədli, 2. Ülvi İbazadə, 4. Ruslan Həsənov, 3. Eltun Turabov, 6. Vadim Abdullayev, 7. Novruz Məmmədov, 20. Tanrıverdi Məhərrəmli, 27. Bəxtiyar Soltanov, 19. Aydın Qasımov, 10. Ramil Həsənov, 14. Fuad Məmmədzadə.


Paylaş: