Xezer Lenkerandan ana soyusune...Viktor Posulko haqqinda Qazaxistan metbuatinda yazılan meqalede bele yazilib.

Xəzər Lənkərandan ana söyüşünə...

  • 16 İyun 2017, 10:00

Qazaxıstan mətbuatı "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Viktor Pasulkodan yazıb. Sportlife.az xəbər verir ki, 56 yaşlı ukraynalı mütəxəssisin işlədiyi klublarda problemlərlə üzləşməsində çətin xarakterinin olması qeyd olunub.

 Bu sırada Pasulonun "Xəzər Lənkəran"dan qovulmasına da toxunulub. Özü də bu məqalədə "Azərbaycanda utanc" yarımbaşlığı ilə gedib. "Xəzər Lənkəran"a 2006-cı ilin qışında Moldova milli komandasının baş məşqçi piostundan gələn Pasulko həmin mövsüm bitən kimi, 5 aydan sonra qovulub:

 "Xəzər Lənkəran"da gələn təklifi qəbul etməmək ağılsızlıq olardı. Axı bu, yenidən müstəqil fəaliyyətə qayıtmaq imkanı idi. Pasulkonun "Borussiya"da (düzdü, Fuldadan) məşqçi vəzifəsi vardı. O, Almaniyanın çoxsaylı liqalarından birində oynayırdı. və yəqin ki, siz bu komanda haqda heç nə eşitməmisiz. Ancaq Pasulko Azərbaycanda uzun müddət qala bilmədi.

 Qalmaqal yarandı. KİV qısa, ancaq xoşagəlməz məlumat yaydı: "Viktor Pasulko "Xəzər Lənkəran"dan ana söyüşünə və kobudluğa görə qovuldu". Orda nə baş verdiyi həqiqətən aydın deyil. Bir şey məlumdur ki, ukraynalı vəzifəsindən azad olunanadək futbolçulara söyüş ifadələri işləməyə görə cərimə sistemi tətbiq etmişdi".


Paylaş: