Xəzər Lənkəranın sabiq məşqçisi qəzaya düşdü

Xəzər Lənkəranın sabiq məşqçisi qəzaya düşdü

  • 12 Yanvar 2018, 15:23

"Xəzər Lənkəran" klubunun sabiq məşqçisi qəzaya düşüb. Sportlife.az xəbər verir ki, Lənkərandan Bakıya gələn "Ford" markalı sərnişin mikroavtobusunun qəzaya düşməsi nəticəsində "Xəzər Lənkəran" futbol klubunun məşqçisi, veteran futbolçu Namik Qarayev xəsarət alıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, veteran futbolçu baş nayihəsindən müxtəlif dərəcəli xəsarətlər alıb: "Yaralı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti normaldır".

Xatırladaq ki, hazırda Lənkəranı təmsil edən "Zirvə" klubuna rəhbərlik edən mütəxəssis Cənub Regional Futbol Federasiyası tərəfindən 2017-ci ilin ən yaxşı məşqçisi seçilib. Qarayev daha əvvəl "Xəzər Lənkəran"ın müxtəlif yaş qrupları üzrə komandalarının məşqçisi olub.

Qeyd edək ki, bu gün səhər saatlarında Lənkəran-Bakı sərnişin mikroavtobusu rayonun Ürgə kəndində qəzaya düşüb. Qəza nəticəsində 10 nəfər sərnişin xəsarət alıb. Onlardan 9-u xəstəxanaya yerləşdirilib, bir nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.


Paylaş: