Gimnastımız bürünc medal qazandı

Gimnastımız bürünc medal qazandı

  • 16 Yanvar 2018, 13:16

12-15 yanvar tarixlərində Oslo şəhərində (Norveç) bədii gimnastika üzrə "Asker Cup" adlı beynəlxalq turnir keçirilib. Sportlife.az xəbər verir ki, yarışlarda ölkəmiz həm gənclər, həm də böyüklər yaş kateqoriyasında təmsil olunub.

Yığma komandamızın gənc gimnastlarından Dərya Farşbafşəhriyari ən yaxşı nəticəsini lent ilə göstərərək, 4-cü yerdə qərarlaşıb. Komanda yoldaşı Yelizaveta Luzan isə gürzlərlə çıxışına görə 5-ci olub.

Turnirdə hesabımıza yeganə medalı böyüklər arasında çıxış edən Dərya Sorokina yazdırıb. Gimnastımız halqa ilə final çıxışında yalnız Sloveniya və Ukrayna təmsilçilərindən geri qalaraq bürünc medala layiq görülüb.


Paylaş: