Azərbaycan çempionatı: ilk günün qalibləri bəllidi

Azərbaycan çempionatı: ilk günün qalibləri bəllidi

  • 20 Fevral 2018, 23:25

Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürüb. Sportlife.az xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd ölkə ərazisində güləş idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir.

Yeniyetmələrin yarışında klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 2001-2002-ci il təvəllüdlü, gənclərin yarışında isə 1998-2000-ci il təvəllüdlü idmançılar mübarizə aparacaq. 2003-cü il təvəllüdlü idmançılar isə həkim arayışı və valideynin razılığı ilə çempionatda iştirak edə bilər.

İlk yarış gününün final görüşlərindən öncə çempionatın rəsmi açılış mərasimi baş tutub. Çempionatı idarə edən hakimlər və iştirakçı idmançılar musiqi sədaları altında arenaya daxil olub. Daha sonra Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəisi, Olimpiya çempionu Fərid Mansurov və Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti Firdovsi Umudov çıxış ediblər.

Natiqlər bildirib ki, ölkəmizdə dövlət səviyyəsində idmana və idmançılara, xüsusən güləşçilərə göstərilən diqqət və qayğının nəticəsində ilbəil beynəlxalq arenalarda qazanılan nailiyyətlərin sayı artır. Bu il Argentinanın paytaxtı Buenos Ayres şəhərində keçiriləcək III Olimpiya Oyunlarında yeniyetmə güləşçilərin maksimal heyətlə iştirakının vacibliyini bildirən çıxışçılar, yığma komandalara seçim xarakterli Azərbaycan çempionatının əhəmiyyətini vurğulayıblar.

İlk yarış günündə 45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kq çəki dərəcələrində yunan-Roma güləşi üzrə 182 pəhləvan mübarizə aparıb.

Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı təltif olunur və yığma komandanın heyətinə cəlb olunur.

45 kq
1. Ziya Babaşov - Cəlilabad
2. Rəsul Məmmədzadə - MOİK
3. Məlik Əliyev - Həyat GK
3. Rəşad Məmmədov – ROİL

48 kq
1. Qurban Qurbanov - ROİL
2. Məhəmməd Əliyev - Neftçi İK
3. Niad Quluzadə - Neftçi İK
3. Yadigar Qaybalıyev - Kürdəmir

51 kq
1. Həzrət Cəfərov - ROİL
2. Elmir Əliyev - Pəhləvan İK
3. Rüfət Əlkişiyev - MOİK
3. Nihad Məmmədli – ROİL

55 kq
1. Murad Abbasov - Spartak
2. Elgün Rzayev - Hövsan GK
3. Təhmasib Ərzumanov - Sumqayıt
3. Elvin Quliyev - Cəngi GK

60 kq
1. Xanəhməd Zeynalov - Şirvan, Zirvə İK
2. Tağı Hacıyev - Təhsil İC
3. Rəvan Fərhadov - Gənclik İK
3. Murad Əhmədiyev - Balakən

65 kq
1. Ruslan Hədisov - Balakən
2. Asiman Quliyev - Masallı
3. Bünyad Əsgərov - Lənkəran
3. Allahverdi Əliyev - Neftçi İK

71 kq
1. Asim İmanzadə - MOİK
2. Ramil Nağıyev - Lerik
3. Ağalar Məmmədov - Sumqayıt
3. Radik Dayuyev – Qusar

80 kq
1. Elar Məmmədov - Mingəçevir
2. Qabil Əhmədov - Neftçi İK
3. Abbas İsayev - Naxçıvan
3. Murad Şatrayev - Balakən

92 kq
1. Laçın Vəliyev - Göyçay
2. Elşən Eyyubzadə - MOİK, Gəncə
3. Cəfərsadiq Muradlı - Cəlilabad
3. Elşən Çobanov – Sumqayıt

110 kq
1. Sərxan Məmmədov - Lokomotiv İC
2. Ülvü Məmmədov - Sumqayıt
3. Ramiz Fərmanov - Təhsil İC
3. Rəhim Quliyev - Gəncə


Paylaş: