Daha beş çəkidə qaliblər bəlli oldu

Daha beş çəkidə qaliblər bəlli oldu

  • 18 Yanvar 2018, 11:51

Bakı İdman Sarayında 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 21-ci beynəlxalq turnir başa çatıb. Sportlife.az xəbər verir ki, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Rusiya, Qazaxıstan və Özbəkistandan olan güləşçilər iştirak edib.

İkinci yarış günündə 48, 55, 65, 80 və 110 kq çəkidə sərbəst güləş üzrə 159 pəhləvan mübarizə aparıb.

Çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar diplom, medal və hədiyyələrlə təltif edilib.

48 kq
1. Umidjon Jalolov - Özbəkistan
2. Eldos Mombek - Qazaxıstan
3. Ruslan Şıxıyev
3. Zafarbek Otakhonov - Özbəkistan

55 kq
1. Auez Seitbaev - Qazaxıstan
2. Mukhtar Baqavov - Rusiya
3. Zirəddin Bayramov
3. Salamat Bayramov - Qazaxıstan

65 kq
1. Vahid Əlizadə
2. Nodir Rakhimov - Özbəkistan
3. İassaii Muhtaruly - Qazaxıstan
3. Kamal Kamalov

80 kq
1. Mukhammadrasul Rakhimov - Özbəkistan
2. Fuad Mayılov
3. Giorgi Nebunishvili - Gürcüstan
3. Fərid Cabbarlı

110 kq
1. Sənan Əlizadə
2. Temraz İsmayılov
3. Hamlet Nəsibli
3. Giorgi Argvliani - Gürcüstan


Paylaş: