Müşviq İsayevin xatirəsinə açıq Respublika turniri keçiriləcək

Müşviq İsayevin xatirəsinə açıq Respublika turniri keçiriləcək

  • 15 Yanvar 2018, 14:03

16-17 yanvar 2018-ci il tarixdə Bakı İdman Sarayında Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 21-ci açıq Respublika turniri keçiriləcək. Sportlife.az xəbər verir ki, turnir 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.

Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən yeniyetmə güləşçilərin Olimpiya çəki dərəcələri olan 48, 55, 65, 80 və 100 kq çəkidə sərbəst, 45, 51, 60, 71 və 92 kq çəkidə yunan-Roma güləşi üzrə keçiriləcək yarışlarda 2001-2002-ci il təvəllüdlü idmançılar mübarizə aparacaq. Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Rusiyadan olan güləşçilərin iştirak edəcək.

Turnirin rəsmi açılış mərasimi yanvarın 16-da saat 17:00-da başlayacaq.

İlk gün yunan-Roma, ikinci yarış günündə isə sərbəst güləşçilər mübarizə aparacaq. Çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar diplom və medalla mükafatlandırılacaq.


Paylaş: