Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
15 Dekabr 2017, 00:22
36
Ölkə çempionatının ilk qalibləri

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı keçirilir. Sportlife.az xəbər verir ki, çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə mükafatlandırılır, onlar ölkə yığma komandasının heyətinə cəlb edilir və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.

İlk yarış günlərində 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kq-a qədər çəki dərəcələrində yunan-Roma güləşçiləri qüvvələrini sınayıb. Ümumilikdə 177 yunan-Roma güləşçisinin mübarizə apardığı çempionat gərgin və maraqlı görüşlərlə yadda qalıb. 

İki günlük yarış proqramı üzrə keçirilən çempionatda bu gün yunan-Roma güləşi üzrə 55, 63, 72, 82 və 97 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.  Ziya Zeynalov (55 kq), Taleh Məmmədov (63 kq), Ülvi Qənizadə (72 kq), Rafiq Hüseynov (82 kq) və Türmən Eyyubov (97 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. 

60, 67, 77, 87 və 130 kq çəki dərəcələrində fina görüşləri isə dekabrın 16-da, saat 17:00-da başlayacaq. 

55 kq
FİNAL – Ziya Zeynalov (Neftçi İK) – İbrahim Nurullayev (Gömrükçü İSM) 10:1
Bürünc medal görüşü - İzzət Süleymanov (Gəncə, Təhsil İC) – Eldəniz Əzizli (ROİL) 0:8
Bürünc medal görüşü – Zülfüqar Əliyev (Sumqayıt, Təhsil İC) – Zaur Əliyev (Lokomotiv) 10:1

60 kq
FİNAL - Sakit Quliyev (Neftçi İK) - Murad Bazarov (ROİL)
Bürünc medal görüşü - Sədi Balabəyov (Cəngi GK) - Təbriz Yusubzadə (Lənkəran)
Bürünc medal görüşü - Murad Məmmədov (MOİK) - Elşad Məmmədov (Neftçi İK)

63 kq
FİNAL – Mikayıl Rəhmanov (Zenit İC) – Taleh Məmmədov (Gömrükçü İSM) 2:6
Bürünc medal görüşü – Xəyyam Abdullayev (Neftçi İK) – Elçin Həsənov (Lənkəran) 2:3
Bürünc medal görüşü – Vilayət Qəhrəmanlı (Qubadlı) – Kazbek Fətəliyev (Qusar)8:0

67 kq
FİNAL - Kamran Məmmədov (DİN İC) - Elman Muxtarov (MOİK)
Bürünc medal görüşü - Səbuhi Nağıyev (Neftçi İK) - Orxan Eyvazov (MOİK)
Bürünc medal görüşü - Məmmədəli Həsənov (Gənclik İK) - Şaiq Eyvazov (Göyçay)

72 kq
FİNAL – Namaz Rüstəmov (MOİK) – Ülvi Qənizadə (Neftçi İK) 1:5
Bürünc medal görüşü – Nofəl Babayev (Sumqayıt, Zenit İC) – Rövşən Tağıyev (MOİK) 8:0
Bürünc medal görüşü – Emil Abdullayev (Gəncə, Təhsil İC) – Sənan Süleymanov (MOİK) 0:3

77 kq
FİNAL - Həsən Əliyev (MOİK, Neftçi İK) - Hüseyn Abbasov (Sumqayıt, Zenit İC)
Bürünc medal görüşü - Rüstəm Əliyev (DİN İC) - Sənan Əlimirzəyev (MOİK)
Bürünc medal görüşü - İlkin Əsgərov (MOİK) - Azər Hüseynov (Zəngilan)

82 kq
FİNAL – Rafiq Hüseynov (MOİK) – Elvin Mürsəliyev (Neftçi İK) 1*:1
Bürünc medal görüşü – Anar Əlizadə (Gənclik İK) - Nicat Abdullayev (MOİK) 0:8
Bürünc medal görüşü – Rəfael Məhərrəmov (Sabirabad) – Elton Vəzirzadə (MOİK) 1:9

87 kq
FİNAL - Arif Niftullayev (Neftçi İK) - İslam Abbasov (MOİK)
Bürünc medal görüşü - Xəyal Mehtiyev (Cəngi GK) - Soltan İsmayılov (MOİK)
Bürünc medal görüşü - Fuad Əliyev (DİN İC) - Orxan Qəhdiranov (DİN İC)

97 kq
FİNAL – Saqimaqomed Omarov (Atasport) – Türmən Eyyubov (MOİK) 0:3
Bürünc medal görüşü – Seymur Nizami (Gəncə, Təhsil İC) – Ramil Məmmədov (DİN İC) 2:6
Bürünc medal görüşü – Orxan Nuriyev (MOİK) – Nizami Şəmilov 8:1 (Gəncə, Təhsil İC)

130 kq
FİNAL - Oyan Nəzəriani (Atasport) - Cavid Feyziyev (Pəhləvan)
Bürünc medal görüşü - Lövhər Heydərov (Gənclik İK) - Adəm Cəlilov (Zenit İC)
Bürünc medal görüşü - Əli Həsənov (Göyçay) - Uğur Hacılı (DİN İC)