Qadin gulescimiz dunya cempionatinin burunc medalini qazandi, Afinada yeniyetme gulescilerin Dunya cempionati

Qadın güləşçimiz dünya çempionatının bürünc medalını qazandı

  • 9 Sentyabr 2017, 09:30

Afinada yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. Sportlife.az xəbər verir ki, dördüncü yarış günündə 40, 46, 52, 60 və 70 kq çəki dərəcələrində yeniyetmə qızlar mübarizəyə qoşulub.

 Güləşçilərimiz 2 çəkidə mübarizə aparıb.40 kq çəkidə yarışan Ayşən Yusifova ilk görüşdə Gürcüstan təmsilçisindən üstün olsa da, yarımfinalda Bolqarıstan idmançısına uduzub.

 Bürünc medal uğrunda görüşə haqq qazanan güləşçimiz həlledici qarşılaşmada rəqibi Ukrayna təmsilçisi olub. Gərgin keçən qarşılaşmanı üstün tamamlayan güləşçimiz çempionatın bürünc medalını qazanıb.

 

40 kq
Bürünc medal görüşü - Amina Ponomarova (UKR) - Ayşən Yusifova 4:7
1/2 final - Ayşən Yusifova - Petya Zarkova Delçeva (BUL) 2:4
1/4 final - Ayşən Yusifova - Mariam Karelidze (GEO) 2:0 (tuşe, 63 san.)
 

46 kq
1/8 final - Aynur Camalova - Anastasiya Yanotova (BLR) 1:8
1/16 final - Guzal İslomova (UZB) - Aynur Camalova 2:6 (tuşe).


Paylaş: