Sərbəst güləşçilərimiz Dmitri Korkinin xatirə yarışına yollanır

  • 30 Sentyabr 2017, 10:39

30 sentyabr – 1 oktyabrda Saxanın paytaxtı Yakutskda keçmiş SSRİ, Rusiya və bu respublikanın əməkdar məşqçisi Dmitri Korkinin xatirəsinə 10-cu beynəlxalq turnir keçiriləcək.

Sportlife.az xəbər verir ki, həmin yarışda sərbəst güləş mmilimiz 3 üzvü iştirak edəcək. Yığma komandanın məşqçisi Rövşən Hacıyevin rəhbərliyi ilə uzaq şimali-şərqə  Pərviz İbrahimov (57 kq), Məhəmməd Abdullayev (61 kq) və İbrahim Yusubov (86 kq) yollanacaqlar.


Paylaş: