Sərbəst güləşçilərimiz Vladiqafqaza gedir

Sərbəst güləşçilərimiz Vladiqafqaza gedir

  • 16 Noyabr 2017, 16:11

18-19 noyabr 2017-ci il tarixdə Rusiya Federasiyasının Vladiqafqaz şəhərində sərbəst güləş üzrə "Alans" beynəlxalq turniri keçiriləcək.

Sportlife.az xəbər verir ki, baş məşqçi Firdovsi Umudov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında turnirdə yığma komandamızın 8 üzvü mübarizə aparacaq. Heyətdə Əfqan Xaşalov, Georgi Edişeraşvili (hər ikisi 57 kq), Ağahüseyn Mustafayev (65 kq), Məhəmməd Müslümov, Ruslan Dibirhacıyev (hər ikisi 70 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov və Aslanbek Alborov (hər ikisi 97 kq) yer alıb.


I-S kateqoriyalı hakim Hicran Şərifov Dünya Güləş Birliyi tərəfindən hakim-instruktor təyin edilib və turnirin gedişinə nəzarət edəcək. Görüşlərin idarə edilməsində isə ölkəmizi beynəlxalq dərəcəli hakim Zaur Şərifov təmsil edəcək.


Turnirin proqramına əsasən, noyabrın 18-də 57, 65, 74 və 97 kq çəkidə, noyabrın 19-da isə 61, 70, 86 və 125 kq çəkidə pəhləvanlar arasında qaliblər müəyyənləşəcək.


Paylaş: