Yığma komandalarımızın təlim-məşq toplanışı davam edir

Yığma komandalarımızın təlim-məşq toplanışı davam edir

  • 15 Fevral 2018, 14:59

Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn beynəlxalq turnirlərə və Avropa çempionatına hazırlıqları davam etdirir. Sportlife.az xəbər verir ki, Olimpiya Güləş Mərkəzində məşqləri davam etdirən yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandalar toplantısı fevralın 5-dən başlayıb və 20-dək davam edəcək.

Sərbəst güləşçilərimizlə birgə təlim-məşq toplanışında Türkmənistan yığma komandasının üzvləri də iştirak edir.

Qadın güləşçilər isə Ukraynanın Kiyev şəhərində Konça Zaspa təlim-məşq bazasında davam etdirir. Fevralın 10-dan Ukraynaya yollanan qadın güləşçilərimiz ayın 22-dək bu ölkənin yığma komandası ilə birgə hazırlıqları davam etdirəcək.

Sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandaların üzvləri təlim-məşq toplanışı başa çatdıqdan sonra 23-25 fevral 2018-ci il tarixdə Ukraynanın paytaxtı Kiyevdə bu ölkənin görkəmli məşqçi və idmançılarının xatirəsinə həsr olunan 22-ci beynəlxalq turnirdə qüvvələrini sınayacaq.

Sərbəst güləşçilərin təlim-məşq prosesindən videoreportajı təqdim edirik.


Paylaş: