AFFA da qizil medal qazanan futbolculara pul verecek - MEBLEG , islami oyunlari idman baku azerbaijan futbolu yer

AFFA da qızıl medal qazanan futbolçulara pul verəcək - MƏBLƏĞ

  • 25 May 2017, 13:00

Azərbaycanda keçirilən IV İslam Həmrəylik Oyunlarında qızıl medal qazanan futbol üzrə milli komandamızın üzvlərinə AFFA da mükafat verəcək. 

Sportlife.az xəbər verir ki, federasiyadan yığmanın hər bir üzvünə 20 min manat mükafat veriləcək.

Bu barədə məlumatı komanda ilə son görüşdə futbolçulara AFFA rəhbərliyi verib. 

AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mikayıl Nərimanoğlu da bu məlumatı təkzib etməyib: "Məsələ hələ tam rəsmiləşməyib. Hər halda yaxın günlərdə bu barədə məlumat veriləcək”. ("Qafqazinfo”)


Paylaş: