Azerbaycan - İslamiada tarixinin ikincisi - islam oyunlari - baku 2017 - baku 2015 - islamic game

Azərbaycan - İslamiada tarixinin ikincisi

  • 23 May 2017, 11:16

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları yarışının tarixinin ən yaxşılarının siyahısında dəyişikliklər olub. Sportlife.az xəbər verir ki, dörd yarışdan üçünün ümumi nəticələrində Azərbaycan millisi irəliləyib.

 

Evdə baş tutan yarışda 75-i qızıl, 50-si gümüş, 37-si bürünc, ümumilikdə 162 medal qazanan yığmamız İslamiadalar tarixinin ikinci komandası olub. Belə ki, artıq idmançılarımız  3 yarışa ümumilikdə 85 qızıl, 63 gümüş və 53 bürünc medal, ümumilikdə isə 201 medal qazanıblar.

 

2005-ci ildə Səudiyyə Ərəbistanında 4 qızıl, 4 gümüş və 7 bürünc medal qazanan komandamız 2013-cü ildə İndoneziyada nəticəsini daha da yaxşılaşdırmışdı. 4 il öncə  isə qazanılan medallar 6 qızıl, 9 gümüş və eyni sayda bürünc idi.

 

İslamiadalar tarixinin ən yaxşı nəticəsinəTürkiyə sahibdi. Qonşu ölkə Bakıda qazandığı 71 qızılla ümumi qızıl medalların sayını 96-ə çatdırıb. Ümumilikdə isə türklərin 305 medalı var.

 

İlk “üçlük”də Bakıda da 3-cü olan İran qərarlaşıb. Cəmi 187 medal qazanan cənublular 79 dəfə çempionluq yaşayıblar.

 

Qeyd edək ki, 2005-ci ildə 108, 2013-cü ildə 182, 2017-ci ildə 268 medal dəsti oynanılıb. Üç yarış ərzində 1841 medal - 560 qızıl, 556 gümüş, 725 bürünc medal sahibini tapıb.

 

İslamiada tarixinin “onluğ”u

Yer 

 Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1  

Türkiyə

95

100

110

305

2  

 Azərbaycan

85

63

53

201

3  

 İran

79

52

56

187

4  

 Misir

46

51

49

146

5  

 İndoneziya

43

64

59

166

6  

 Səudiyyə Ərəbistanı

35

21

31

87

7  

 Malayziya

31

22

37

90

8  

 Mərakeş

25

26

33

84

9  

 Əlcəzair

15

28

42

85

10 

 Özbəkistan

15

17

31

63


Paylaş: