Azerbaycan İsmaiadani basa vurub - 75 qizil, 50 gumus, 36 burunc medalla - baku 2017, islami oyunlari

Azərbaycan İslamiadanı başa vurub - 75 qızıl, 50 gümüş, 36 bürünc medalla

  • 22 May 2017, 13:11

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil olunan Azərbaycanın uşu üzrə milli komandası yarışı 6 medalla başa vurub.

Sportlife.az xəbər verir ki, bu növdə heç bir idmançımız qızıl medal qazana bilməyib. Elçin Eminov (56 kq), Bayram Şəmmədov (65 kq) , Vüqar Kərəmov (70 kq) gümüş, Orxan Hətəmov (48 kq), Ruslan Pirəliyev (60 kq) və Pərviz Abdullayev (75 kq) bürünc medallara sahib çıxıb.

Daha bir gümüş medal stolüstü tennis üzrə qadınlardan ibarət komandamız tərəfindən qazanılıb.

Beləliklə, Azərbaycan idmançıları İslamiadadakı çıxışlarını 75 qızıl, 50 gümüş və 36 bürünc, ümumilikdə 161 medalla başa vurublar. Medal əyarında ölkəmiz birinci yeri tutub.


Paylaş: