Kiyev Dinamosu Qriqorcuku isteyir -  Dynamo Kyiv - qebele istirahet merkezi

Kiyev Dinamosu Qriqorçuku istəyir

  • 23 May 2017, 12:30

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Ukraynanın “Dinamo” (Kiyev) klubunun “sükan arxasına” keçə bilər.

Sportlife.az xəbər verir ki, bu məlumat Ukraynanın “sportanalytic.com” saytında yayımlanıb.

Xəbərdə “Dinamo”nun sahibi İqor Surkisin Qriqorçuku öz komandasında görmək istədiyi qeyd olunub. “Dinamo” rəhbərliyinin Qriqorçukun keçidi üçün lazım olan təzminatı ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, Ukraynalı mütəxəssis “Qəbələ”ylə yaxınlarda bir illik yeni müqavilə imzalayıb.


Paylaş: