Qarabagin sok transferi: 2,7 milyon avroluq hucumcu getirir, azerbaycan idmani baku islam futbolu

Qarabağın şok transferi: 2,7 milyon avroluq hücumçu gətirir

  • 24 May 2017, 12:00

"Qarabağ" heyətinə italiyalı hücumçu cəlb etməyə hazırlaşır. Sportlife.Az xəbər verir ki, bu barədə məlumatı İtaliya mətbuatı yayıb.

Məlumatda "Qarabağ"ın B Seriyasında çıxış edən "Trapani" klubunun üzvü Nikola Citroya 3 illik müqavilə və hər il üçün 900 min avro təklif etdiyi bildirilir. Bu isə 3 ildə 2,7 milyon avro  deməkdi. Citronun "Qarabağ"ın təklifinə müsbət yanaşdığı da qeyd olunub.

Bundan əvvəl İtaliyanın "Sanseverinese", "Ebolitana", "Valle Qresanisa", "Messina" və "Marçianise" klublarının şərəfini qorumuş 27 yaşlı italyan forvarın "Transfermarkt"dəki qiyməti 800 min avrodu. Cari mövsümdə 30 rəsmi oyuna çıxan Citro 5 dəfə fərqlənib.


Paylaş: