Qəbələnin Qriqorçukla bağlı QƏRARI - ŞƏRT KƏSİLDİ, əgər...

Qəbələnin Qriqorçukla bağlı QƏRARI - ŞƏRT KƏSİLDİ, əgər...

  • 14 Fevral 2018, 12:19

“Qəbələ” baş məşqçisi Roman Qriqorçukla bağlı qərar qəbul edib. Sportlife.az-a daxil olan özəl məlumata görə,  əyalət təmsilçisinin başbilənləri ukraynalı mütəxəssislə danışıqlar zamanı onun qarşısına şərt qoyublar.

Belə ki, komanda bu mövsüm mütləq nəticə qazanmalıdı. Qriqorçuk “Qəbələ”ni ya Azərbaycan çempionu etməlidi, ya da ölkə kubokunun qazandırmalıdı. Bu ikisindən biri olmasa, onunla yollar ayrılacaq.

Hazırda ölkə çempionluğu real görünmür. Çünki “Qarabağ” yenə növbəti çempionluğa doğru inamla irəliləyir. Amma Ağdam klubunun olmadığı ölkə kubokunda “Qəbələ”nun bu mövsüm uğur qazanması mümkündü. Ukraynalı mütəxəssislə yalnız bu halda əməkdaşlıq davam etdiriləcək. Bu səbəbdən klub rəhbərliyi də mövsümün sonunu gözləyir. Məhz buna görə qış fasiləsi zamanı nə təzə futbolçu aldılar, nə də köhnələrlə müqavilə yenilədilər.

Mənbə onu da qeyd edir ki, artıq Qriqorçuku əvəz edəcək 2-3 məşqçi ilə də şifahi danışıqlar olub. Roman “Qəbələ”dən getsə, yeni məşqçi yerli olacaq.

Xatırladaq ki, Qriqorçuk “Qəbələ”ni 2015-ci ilin yanvar ayından etibarən çalışdırır.


Paylaş: