Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
8 Dekabr 2017, 13:34
591
Binənin baş məşqçisi istefa verəcək

Mehman Babayev "Binə"nin baş məşqçi postundan istefa verəcək.

Sportlife.az-a bu barədə kluba yaxın mənbədən məlumat daxil olub. Babayevin bu gün "Zaqatala" ilə (14:00) oyundan sonra istefa ərizəsi yazacağı bildirilir. Postu müvəqqəti olaraq onun köməkçilərdən biri icra edəcək. Qışdan sonra isə komandaya yeni baş məşqçi gətiriləcək.

Qeyd edək ki, "Binə" hazırda 12 oyundan sonra 18 xalla 10 komanda arasında 5-ci pillədə qərarlaşıb.