Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
19 Dekabr 2017, 14:48
476
Elşad Əhmədov I Divizionda

"Neftçi"nin əvəzdici komandasını çalışdıran Elşad Əhmədovun klubdan ayrıldığını xəbər vermişdik. Sportlife.az xəbər verir ki, gənc mütəxəssisin işsiz günləri elə də uzun çəkməyəcək.

Əldə etdiyimiz özəl məlumata görə, o, bundan sonra fəaliyyətini I Divizionda davam etdirəcək. Belə ki, Əhmədov “Xəzər”lə anlaşıb. Təyinatın yaxın günlərdə açıqlanacağı gözlənilir. 

Qeyd edək ki, "Xəzər" I Divizionda mövsümün ilk yarısını 8-ci pillədə başa vurub.