Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
5 Dekabr 2017, 14:55
447
Mən özüm də oradan ayrılmaq istəyirdim – Tərlan Əhmədli

“Bütün futbolçuların karyerasında yaxşı və pis vaxtları olur. Mən indi I Divizionda - “Xəzər”də çıxış edirəm. İnşallah qışda təkliflərim var .Bunu dəyərləndirməyə çalışacam".

Bu sözləri Sportlife.az-a  açıqlamasında gənc və perspektivli çərçivə qoruyucusu Tərlan Əhmədli deyib. Ona olan təkliflərdən söhbət açan qapıçı bunları əlavə edib:“İstər ölkə daxilindən, istərsə də əcnəbi komandalardan transfer təkliflərim var. Ancaq indi konkret hansısa komandanın adını çəkə bilməyəcəm. Hər şeyə qışda aydınlıq gələcək”.

Söhbətində bir çox məqamlara toxunan qolkiper, hazırda çıxış etdiyi komandasındakı durumdan, sabiq kollektivi olan “Sumqayıt”dan ayrılma səbəblərindən və “Qarabağ”ın  Çempionlar Liqasındakı çıxışından da söz açıb: “Biz Divizionda yüksək yerlər uğrunda mübarizə aparırıq. Hər şey yaxşı vəziyyətdədir və  İnşallah daha da yaxşı olar. Mövsüm sonunda ilk üçlükdə olmağı hədəfləmişik. Bunun üçün isə bizə hər cür şərait yaradılıb. “Sumqayıt”dan ayrılmaq səbəbimə gəlincə isə sadəcə müqavilə müddəti bitdi və oradan ayrılmalı oldum. Heç rəhbərliklə də söhbətim olmadı. Açığı özüm də oradan ayrılmaq istəyirdim. Mənə başqa abu – hava lazım idi. Fərhad güclü qapıçıdı onun daimi əsas heyətdə çıxış etməsi də “Sumqayıt”dan ayrılmaq fikrimi dəqiqləşdirdi. Çünki istədiyim qədər şans qazana bilmirdim.Bu gün “Sumqayıt” Avro Liqaya vəsiqə verəcək dördüncü pillədədir. Buna görə onları təbrik edirəm və gələcək oyunlarında da uğurlar arzulayıram.  Bu gün bütün ölkənin diqqəti “Qarabağ”ın “Roma” ilə keçirəcəyi oyununda olacaq deyə bilərik. “Qarabağ”ın göstərdiyi oyun göz qabağındadı. Fikrimcə onlar Romadan xalla qayıda biləcəklər”.