Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
21 Dekabr 2017, 14:50
2020
ÖZƏL! Rəşad bu klubun baş meneceri təyin olundu

Dünən MOİK-in növbəti mövsümdən Premyer Liqada iştirak edəcəyi haqda xəbər vermişdik. 

Məsələ ilə bağlı yeni məlumatlar əldə etmişik. Artıq klubda ilk təyinat gerçəkləşib. Sportlife.az-a daxil olan xəbərə görə, karyerasını yenicə bitirmiş Rəşad Abdullayev klubun baş meneceri vəzifəsinə təyin edilib. O, komandada seleksiya işləri və futbolçu transferləri ilə yaxından məşğul olacaq.

Qeyd edək ki, Rəşad Abdullayev karyerası ərzində "Neftçi", "Xəzər Lənkəran" və "Qəbələ" kimi klublarda da çıxış edib.