Bakıda ənənəvi beynəlxalq turnir keçiriləcək

Bakıda ənənəvi beynəlxalq turnir keçiriləcək

  • 27 Dekabr 2017, 15:05

Yeni ilin ilk günlərində Bakıda ənənəvi beynəlxalq karate turniri keçiriləcək. Sportlife.az xəbər verir ki, 13-14 yanvar tarixlərində Azərbaycan Milli Karate Federasiyası (AMKF) və "Arpaçay" klubunun birgə təşkil etdiyi, 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yarışın təntənəli açılış mərasimi ayın 14-də saat 17:00-da olacaq.

2-ci "Arpachay Open" beynəlxalq karate turnirindən bir gün əvvəl isə 5 qat dünya və 13 dəfə avropa çempionu Rafael Ağayevin Azərbaycanda ilk beynəlxalq seminarı təşkil olunacaq. Bu seminar da 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunur.

Hər iki idman tədbiri Bakı İdman sarayında keçiriləcək. Yarışlarda 6-17 yaşlı uşaqlar, yeniyetmə və gənclər mübarizə aparacaq. Yanvarın 13-də 6-7, 8-9 və 10-11 yaşlı uşaqlar, ertəsi gün isə 12-13, 14-15 və 16-17 yaşlı idmançılar tatamiyə çıxacaq. Fərdi kata və kumite yarışlarından əlavə, kumitedə komanda çıxışları da olacaq.

7 yanvar tarixində gün ərzində “İnter Arena”da yerləşən AMKF-in təlim-məşq bazasında yarış iştirakçılarının qeydiyyatı aparılacaq.


Paylaş: