Federasiyaya yeni vitse-prezident təyin edildi

Federasiyaya yeni vitse-prezident təyin edildi

  • 19 Dekabr 2017, 17:51

Fərid Əsgərov səsvermə nəticəsində Azərbaycan Milli Karate Federasiyasının yeni 1-ci vitse-prezidenti təyin olunub. Sportlife.az xəbər verir ki, onu federasiyanın kollektivinə təqdim edən Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, AMKF-in hər zaman etimadı doğruldaraq yüksək nəticələr əldə edən federasiyalardan biri kimi dəyərləndirildiyini diqqətə çatdırıb.

O, olimpiya növü olan karatedə yeni uğurlar qazanmağın vacib olduğunu və F.Əsgərovun bu təyinatının qarşıdakı yeni zəfərlərə müsbət təsir göstərəcəyinə inandığını deyib.

Ona göstərilən etimada görə təşəkkürünü bildirən yeni 1-ci vitse-prezident Fərid Əsgərov kollektivlə uğurlu əməkdaşlığa və qarşıya qoyulan hədəflərə birgə səylə çatacaqlarına ümid etdiyini söyləyib.

Karatenin inkişafına dövlət dəstəyinə görə bir daha təşəkkürünü çatdıran federasiya prezidenti Yaşar Bəşirov, qarşıdakı Olimpiya Oyunlarında böyük nəticəyə nail olmaq üçün bütün imkanları səfərbər etməyin vacibliyini bildirib. O, F.Əsgərova yeni işində uğurlar arzulayb, daha böyük nəticələr əldə etməyə inamlı olduğunu deyib.


Paylaş: