Karateçilərimizdən uğurlu start

Karateçilərimizdən uğurlu start

  • 13 Yanvar 2018, 15:37

Azərbaycan karateçiləri 2018-ci ilə uğurla başlayıblar. Sportlife.az xəbər verir ki, yeniyetmələrdən ibarət seçmə komandamız Samobor şəhərində nüfuzlu Xorvatiya "Qran Prisi" turnirinin ilk yarış gününü 2 qızıl, 1 bürünc medalla başa vurub.

Fərid Ağayevlə (-52 kq), Fidan Dadaşova (-47 kq) çempion olub. Tale Yaqubov (-63 kq) isə bürünc medala sahib olub. Perspektivli idmançı Ayla Rzazadə (+54 kq) bürünc mükafat uğrunda görüşdə minmal hesabla məğlub olaraq 5-ci yeri tutub.

Şənbə günü 16-20 yaşlı gənclər arasında kumite yarışlarının nəticələri məlum olacaq. Bazar günü isə müxtəlif yaş qruolarında kata yarışları keçiriləcək. "Qran Pri" turniri fevralın əvvəlində Rusiyada Avropa çempionatına hazırlıq xüsusiyyəti daşıyır.


Paylaş: