Rafael Agayev ve 10 karatecimiz Bazele yollandi

Rafael Ağayev və 10 karateçimiz Bazelə yollandı

  • 15 Sentyabr 2017, 16:37

Karate üzrə mili komandamızın üzvləri İsveçrəyə yarışa yollanıblar. 


Sportlife.az xəbər verir ki, federasiya prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə idmançılarımız Bazeldə 8-ci "Basel Open Masters" beynəlxalq karate turnirində iştirak edəcəklər.


Ənənəvi mötəbər yarışın medalları uğrunda Firdovsi Fərzəliyev (-60 kq), Rafael Ağayev və Novruz Əliyev (hər ikisi -75 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamov və Asiman Qurbanlı (hər ikisi +84 kq), eləcə də qadınlardan Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizə aparacaq.


Paylaş: