Azərbaycanlı idmançı Ukraynanı təmsil edəcək

  • 17 Oktyabr 2017, 10:31

Azərbaycanlı idmançı Fəxrəddin İsgəndərov oktyabrın 24-29-da İtaliyanın Marina di Karrara şəhərində keçiriləcək kikboksinq üzrə dünya çempionatında Ukrayna milli komandasını təmsil edəcək.

"Report"un Ukrayna bürosunun məlumatına görə, Fəxrəddin İsgəndərov, təxminən, beş il əvvəl Ukraynaya köçüb. İndi onun 29 yaşı var, 60 kq çəki dərəcəsində çıxış edəcək.

F.İsgəndərov, təxminən, səkkiz ildir kikboksinqlə məşğul olur. O, karyerasına Bakıda başlayıb, məşqçisi Ehram Məcidov olub. Kiyevdə isə o, Artyom Kritskinin rəhbərliyi altında "Leqat" döyüş sənəti klubunda məşq edir.

"Azarkeşlər məni "Dağlı" ləqəbi ilə tanıyır. Azərbaycanı təmsil edərkən dünya və Avropa çempionu olmuşam. İdman fəaliyyətimə dəstək verdiklərinə görə Ukraynadakı Azərbaycan diasporuna da təşəkkür etmək istəyirəm. Dünya çempionatından sonra öz idman klubumu açmaq, başqa kikboksçuları məşq etdirmək istəyirəm", - deyə F.İsgəndərov "Report"a bildirib.


Paylaş: