Elxan Məmmədovun İLK HƏMLƏSİ: Qurban Qurbanova bu yolla mane olmağa çalışacaq

Elxan Məmmədovun İLK HƏMLƏSİ: Qurban Qurbanova bu yolla mane olmağa çalışacaq

  • 9 Noyabr 2017, 21:02

Qurban Qurbanovun Azərbaycan mili komandasına hansı şərtlər qarşılığında gəlməsi haqda yazmışdıq. ( http://sportlife.az/milli-komanda/qurban-qurbanov-hansi-sertler-qarsiliginda-azerbaycan-millisini-calisdirmagi-qebul-edib ). Məlum məsələ idi ki, Qurbanov da milli komandalara nəzarət edən Elxan Məmmədovun millilərin başına hansı oyunları açmasından xəbərdar idi. Ona görə də, o, ən başlıca şərt olaraq bütün məsələlərdə onunla məsləhətləşməli olduqlarını çatdırmışdı AFFA rəhbərliyinə. Təbii ki, Qurbanovun bu şərtləri Məmmədovu heç cürə razı sala bilməzdi və onun başqa planlar cızacağı gözlənilən idi.
 
Baş katibin Qurbanovun mili komandaya gəlişinə mane ola bilməməsini çoxları birincinin məğlubiyyəti kimi qiymətləndirsələr də, Məmmədov hələ ki, mübarizəsini aparır. Sportlife.az-a etibarlı mənbələrdən daxil olan məlumata görə, Elxan Məmmədov öz “kadr”ı olan adaşı Elxan Abdullayevi Qurban Qurbanova köməkçi təyin etdirməyi planlaşdırır. Əslində məşqçilərin kim olması Məmmədovu o qədər də maraqlandırmır, başlıca məqsəd millidə öz adamlarından birini otuzdurmaqdı. AFFA-nın baş katibi Abdullayevin bəyənilməməsi variantını da nəzərə alıb. Belə olacağı təqdirdə Məmmmədov digər “kadr”larını təklif edib Qurbanovu razı salmağa çalışacaq.
 
Şübhə etmirik ki, Qurban Qurbanov da bütün bunları postu təhvil almağa razılıq verməmişdən öncə gözə alıb. Təcrübəli mütəxəssis yaxşı bilmiş olar ki, köməkçilərindən birini Məmmədovun xatirinə işə götürəsi olsa, növbəti xahişlərin ardı-arası kəsilməyəcək...

Paylaş: