AFFA-nın Renat Dadaşovun zədəli olması haqda məlumatı yalan çıxdı

AFFA-nın Renat Dadaşovun zədəli olması haqda məlumatı yalan çıxdı

  • 15 Noyabr 2017, 18:08

21 yaşlılardan ibarət milli komandamızın evdə Almaniyaya 0:7 hesabı ilə uduzmasından sonra yığmamızın forvardı Renat Dadaşov zədə səbəbindən Almaniyaya qayıtmışdı.

Sportlife.az xəbər verir ki, AFFA hücumçunun düşərgədən ayrılmasına səbəb kimi Renatın zədəli olmasını  göstərmişdi. Maraqlıdı ki, yığmamızın dünən Kosovo ilə oyunundan (0:0) sonra Dadaşov “İnstagram” səhifəsində çıxış etdiyi Frankfurt “Ayntraxt”ının məşqində çəkdirdiyi şəkli paylaşıb. Dadaşov həqiqətən də zədəlidirsə, necə məşq edib? Görünən odu ki, ortada böyük bir yalan var. (Sportal.az)


Paylaş: