Almaniya üçün Renat Dadaşov və Ramil Şeydayevi istədi

Almaniya üçün Renat Dadaşov və Ramil Şeydayevi istədi

  • 6 Noyabr 2017, 15:20

Noyabrın 9-u və 14-də 21 yaşadək futbolçulardan ibarət komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində “Dalğa Arena”da Almaniya və Kosovo yığmalarını qəbul edəcək.

Sportlife.az xəbər verir ki, bu məqsədlə yığmamızın Bakıda təlim-məşq toplanışı başlayıb. 

Samir Ələkbərov toplanışa əsas yığmanın hücumçuları – Renat Dadaşov və Ramil Şeydayevi də çağırıb. Hazırlıq prosesində iştirak edən futbolçuların siyahısını təqdim edirik:

 
Qapıçılar: 
Süleyman Süleymanov (Sumqayıt), Aydın Bayramov (MOİK), Mustafa Ozhitay (SSV Ulm 1846, Almaniya);

 

Müdafiəçilər: Anton Krivotsyuk (Neftçi), Bəhlul Mustafazadə (Sumqayıt), Taşkın Sertan (Keşlə), Murad Qayalı (Keşlə), İlyas Səfərzadə (Kəpəz), Yusif Nəbiyev (Zirə), Serkan Baloglu (Eyupspor, Türkiyə);

 

Yarımmüdafiəçilər: Elnur Cəfərov (Neftçi), Eltun Turabov (Qarabağ), Xəyal Nəcəfov (Sumqayıt), Ehtiram Şahverdiyev (Sumqayıt), Oleq Hüseynov (Keşlə), Qismət Alıyev (Qəbələ), Murtuz Abakarov (Səbail), Fərid Nəbiyev (Slaviya, Praqa, Çexiya), Budaq Nəsirov (Sportinq, Portuqaliya);

 

Hücumçular: Ramil Şeydayev (Qarabağ), Əlibəy Məmmədli (Keşlə), İlkin Sadıqov (Kəpəz), Renat Dadaşov (Ayntraxt, Frankfurt, Almaniya).


Paylaş: