Azərbaycan millisi FIFA reytinqində irəlilədi

  • 15 Fevral 2024, 13:47

FIFA milli komandaların yeni dünya reytinqini təqdim edib.

Sportlife.az qurumun saytına istinadən xəbər verir ki, 1174.22 xala malik olan Azərbaycan millisi son reytinqlə müqayisədə 1 pillə irəliləyib. Milli komandamız 113-cü sıradadır.

Reytinq cədvəlinə 1855,2 xalla son dünya çempionu Argentina millisi liderlik edir. Fransa 1845,44 xalla 2-ci, İngiltərə isə 1800.05 xalla 3-cüdür.

Xatırladaq ki, Azərbaycan millisi bu ay oyun keçirməyib.


Paylaş: