Azərbaycan yığmasında qalmaqla bağlı qəti fikrim yoxdu

Azərbaycan yığmasında qalmaqla bağlı qəti fikrim yoxdu

  • 26 Oktyabr 2017, 14:00

Bu axşam yeni müqavilə bağlayacağıma dair ciddi əlamətlər var” - Sportlife.az xəbər verir ki, bunu “Sport News”a Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.


Yığmanın 2018-ci il dünya çempionatının seçmə mərhələsindəki çıxışına dair hesabat vermək üçün Bakıya dönən xorvatiyalı mütəxəssis Azərbaycandakı işini davam etdirməyin əleyhinə olmadığını söyləyib.

Bununla belə, o bildirib ki, AFFA ilə yeni müqavilə bağlamaqla bağlı qəti fikri yoxdur: Bakıdan çox xoşum gəlir, fantastik şəhərdir. İş şəraiti çox yüksəkdir. Uşaqlarım beynəlxalq tədris məktəbinə gedirlər. Məni Azərbaycanda qiymətləndirirlər.

Biz çoxlu iş görmüşük, heç kimin bunu qiymətləndirməməyə haqqı yoxdur. Amma belə bir təqdimatın mənim ambisiylarımı təmin edəcəyindən əmin deyiləm.

Özümü yeni çağırışlarda sınamaq istərdim. Ona görə də Azərbaycan yığmasında qalmaqla bağlı qəti fikrim yoxdur”.


Robert Prosineçkinin AFFA ilə 3 illik müqaviləsinin müddəti dekabr ayında başa çatır. Azərbaycan millisi son tskildə rekord miqdarda - 10 xal toplasa da, qrupda 5-ci yeri tutub.

O, bu gün Bakıya dönüb. AFFA-nın baş katibi Elxan Məmmədov yaxın günlərdə onunla görüşəcək. 48 yaşlı xorvatiyalı mütəxəssisin yığmanın 2018-ci il dünya çempionatının seçmə mərələsindəki çıxışına dair hesabatı dinlənildikdən sonra onunla müqavilənin müddətinin uzadılıb-uzadılmaması ilə bağlı qərar veriləcək.


Paylaş: