Elxan Məmmədov Qurbanova altdan-altdan, baxa-baxa qaldı

Elxan Məmmədov Qurbanova altdan-altdan, baxa-baxa qaldı

  • 15 Noyabr 2017, 16:12

Sportlife.az-ın sizə təqdim etdiyi video material U-21 yığmamızın Almaniya millisinə 0:7 hesabı ilə məğlub olduğu matçdandı. Görüşü Azərbaycan millisinə yenicə baş məşqçi təyin olunmuş Qurban Qurbanov "Qarabağ"dakı köməkçisi Elçin Rəhmanovla birgə izləmək üçün gəlmişdi. AFFA-nın baş katibi Elxan Məmmədov da oyunun ilk 15 dəqiqəsinə onlarla birlikdə baxdı. 

Elxan Məmmədov oyunun qalan dəqiqələrini təklikdə izləməyə qərar versə də, bir gözü və bir qulağı Qurbanov və onun köməkçisində idi. Kadrlardan da gördüyünüz kimi, Məmmədov tez-tez gözünün altıyla öz aralarında söhbət edən məşqçilərə baxır, onları gözündən kənara qoymurdu. İndi baş katibin nə üçün belə etməsindən hər kəs özü üçün bir nəticə çıxarsın...

 


Paylaş: