San Marino ile oyunun stadionu deyisdirildi, Bakida kecirilecek Azerbaycan - San Marino matcinin mekani

San Marino ilə oyunun stadionu dəyişdirildi

  • 18 Avqust 2017, 19:00

 Bakıda keçiriləcək Azərbaycan – San Marino matçının məkanı dəyişdirilib.

Sportlife.az-ın məlumatına görə, xəbəri AFFA-nın rəsmi saytı yayıb.

 Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulan qarşılaşma “Bakcell Arena”da baş tutacaq. AFFA UEFA Avropa Liqasının qrup mərhələsinin oyunlarının keçirilməyəcəyini, IV İslam Həmrəyliyi Oyunlarından sonra Bakı Olimpiya Stadionunda milli komandamızın oyunu üçün hazırlıq prosesinin tam yekunlaşmadığını nəzərə alaraq,  Azərbaycan – San Marino qarşılaşmasının “Bakcell Arena”da təşkil olunması ilə əlaqədar UEFA-ya müraciət edib və müraciət müsbət cavablandırılıb.

Qeyd edək ki, Azərbaycan – San Marino görüşü sentyabrın 4-də keçiriləcək.


Paylaş: