Prosinecki 68 gun sonra qerarini verdi, 2 aydan artıq olan istirahətin ardından nəhayət ki, yenidən işinin başına qayıtmalı olduğunu

Prosineçki 68 gün sonra qərarını verdi

  • 18 Avqust 2017, 15:00

Futbol üzrə yığma komandamızın baş məşqçisi Robert Prosineçki 2 aydan artıq olan istirahətin ardından nəhayət ki, yenidən işinin başına qayıtmalı olduğunu xatırlayıb.

Sportlife.az-ın məlumatına görə, iyunun 13-dən istirahətə yollanan xorvatiyalı məşqçi AFFA-ya avqustun 20-də Bakıda olacağını bildirib. Yay tətilini vətənində keçirən Robinin nə klublarımızın avrokubok, nə də Premyer Liqanın ilk turunun oyunlarında görünməməsi onun işinə biganə yanaşmasından xəbər verir.

Qeyd edək ki, Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyunlarını sentyabrın 1-də Osloda Norveçə, 4-də isə Bakıda San-Marino yığmasına qarşı keçirəcək.


Paylaş: