Qurban Qurbanov baş katibin növbəti təklifini də

Qurban Qurbanov baş katibin növbəti təklifini də

  • 20 Noyabr 2017, 21:45

AFFA-da hadisələr yeni axarı ilə davam etməkdə və yeni məlumatlar üzə çıxmaqdadı. Qurban Qurbanovun milli komandaya baş məşqçi gətirilməsi və səlahiyyətlərin 99 faizinə yiyələnməsi, təbii ki, baş katib Elxan Məmmədovu faktiki olaraq küncə sıxışdırıb. Lakin köhnə menecer də az aşın duzu deyil və bacardığı qədər Qurbanova “tilov” atmağa çalışır. Məmmədovun bu yöndə çalışmalarından biri də Qurbanova milli komandada köməkçi calaşdırmaqdır. (http://sportlife.az/milli-komanda/-elxan-memmedovun-ilk-hemlesi-qurban-qurbanova-bu-yolla-mane-olmaga-calisacaq

Baş katib, özü də görün kimi - “Qarabağ”ın keçmiş futbolçusu və kapitanı Aslan Kərimovu milliyə “dürtüşdürməklə” faəliyyət sahəsini ən azından stabil saxlamaq niyyətini güdür. Fikrini də belə əsaslandırıb ki, guya, Aslan nəzəriyyəni yaxşı bilir. Amma əlbəttə, sən saydığını say, gör, Qurbanov nə sayır...

Sportlife.az-a daxil olan özəl məlumata görə, “Qarabağ”ın baş məşqçisi Məmmədovun bu fikrini də qətiyyən yaxına buraxmayıb və Aslanın ona köməkçi olmasını birmənalı şəkildə rədd edib. Baxmayaraq ki, Kərimovun Qurban bəylə münasibətləri heç də pis deyil. Məmmədovun rədd cavabı alması isə təbiidir, çünki Qurbanov bir müddət sonra ondan nəticə tələb olunacağını gözə aldığı və işi daha üst səviyyədə qurub qınağa tuş gəlməmək üçün indidən ehtiyatlı davranır. Düz də edir! Hər halda, Qurbanov ağıllı adamdır və heç nədən çəkə bilməyəcəyi ağır yükün altına girməz.

Yeri gəlmişkən, Qurban Qurbanovun Aslan Kərimovla işləmək istəməməsini daha bir məqamla əlaqələndirmək olar. Güman edilir ki, Kərimovun Ağdam klubunun Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Atletiko” ilə oyun öncəsi verdiyi açıqlama Qurbanovun təəssüfünə səbəb olub. Sabiq milli üzvü ispanlarla matçdan əvvəl demişdi ki, “Qarabağ”ı “Atletiko” və Qrizmannın əlindən yalnız Allah qurtara bilər.


Paylaş: