Qurban Qurbanov hansı şərtlər qarşılığında Azərbaycan millisini çalışdırmağı qəbul edib?

Qurban Qurbanov hansı şərtlər qarşılığında Azərbaycan millisini çalışdırmağı qəbul edib?

  • 2 Noyabr 2017, 16:27

Robert Prosineçkinin Azərbaycan milli komandasının baş məşqçi postundan getməsindən sonra yeni baş məşqçinin kimliyi ilə bağlı fərqli versiyalar səsləndirilsə də, AFFA Qurban Qurbanov variantına daha çox üstünlük verib.

 Qurban Qurbanovun milli komandaya baş məşqçi təyin oluncağı artıq dəqiqdi və sabah  İcraiyyə Komitəsinin növbəti iclasında bu haqda qərar qəbul olunacaq.

Sportlife.az-ın əldə etdiyi özəl məlumata görə, Qurbanovu bu posta gətirmək AFFA-ya o qədər də asan başa gəlməyib. Qurban Qurbanov AFFA prezidenti Rövnəq Abdullayevlə görüşü zamanı bir neçə şərtinin olduğunu və bu şərtlərə əməl olunacağı təqdirdə təklifi qəbul edə biləcəyini bildirib. Şərtlərdən biri də Azərbaycanın əsas və aşağı yaş milli komandalarına nəzarətin şəxsən özünə verilməsi olub. Abdullayev "Qarabağ"ın uğurlarının memarı olan Qurbanovun bütün şərtləri ilə razılaşdığını və onun üçün ən yüksək şəraitin yaradılacağına söz verib.

Qeyd edək ki, buna qədər Azərbaycan milli komandaların nəzarət AFFA-nın baş katibi Elxan Məmmədovin əlində idi.


Paylaş: