Qurban Qurbanovun millidə İLLİK QAZANCI məlum oldu

Qurban Qurbanovun millidə İLLİK QAZANCI məlum oldu

  • 16 Dekabr 2017, 20:48

Azərbaycanın Futbol Federasiyası ilə 6 illik müqavilə bağlayan Qurban Qurbanovun illik qazancı məlum olub.

Sportlife.az-ın əldə etdiyi özəl məlumata görə, təcrübəli mütəxəssis yeni sözləşməyə əsasən hər il üçün 1 milyon manat alacaq. 

Qurban Qurbanovun komandası 2020-ci ildə keçiriləcək avropa çempionatına vəsiqə qazanarsa, məşqçi 200 min manat əlavə gəlir əldə edəcək. 

Qeyd edək ki, Robert Prosineçkinin Azərbaycanda illik qazancı 1,2 milyon avro idi. 


Paylaş: