Robert Prosinecki: Surprizim var, amma...Azerbaycan millisinin bas mesqcisi Robert Prosinecki Simali İrlandiya yigmasi

Robert Prosineçki:Sürprizim var, amma...

  • 10 İyun 2017, 10:00

“Bir aya yaxın toplanışda olduq. Kubokun finalından sonra futbolçulara 10 gün istirahət verdim”.  Sportlife.az xəbər verir ki, bu sözlər Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkiyə aiddi. 

Mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran xorvatiyalı müxəsissis Şimali İrlandiya yığması ilə oyuna hazır olduqlarını bildirib: “Avstriyadan qayıdandan sonra da son 6 gündə məşq keçdik. Hazırlığın gedişindən razı qaldım. Sabah komandaya azarkeş dəstəyi lazım olacaq. Bizi böyük oyun gözləyir. Səfərdəki məğlubiyyəti yaddan çıxarmamışıq. Komandam hazırdı, çıxıb mübarizə aparacaq. Ümid edirəm ki, nəticə bizim üçün müsbət olacaq”.

 

- Yoxlama görüşü keçirməməyiniz sabah nə dərəcədə rol oynaya bilər?

- Yoldaşlıq görüşü olsaydı, daha yaxşı olardı. Təəssüf ki, rəqib tapa bilmədik. Amma komanda tam gücü ilə çalışıb. 26 nəfərin hər biri sabah oynamağa hazırdı. İnanıram ki, bizi maraqlı mübarizə gözləyir. Hər cür nəticə ola bilər. Amma komandama güvənirəm. Hazırlıq prosesində göstərdiklərini sabah meydanda da sərgiləyəcəklər. 

 

Məşqdə iki oyunçumuz yüngül zədə alıb. Onların nə dərəcədə olduğunu bir azdan məşqdə görəcəyik. Hamı sağlam olsa, start heyətimiz belə olacaq: Kamran Ağayev – Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Pavel Paşayev – Qara Qarayev, Cavid Hüseynov, Riçard Almeyda, Əfran İsmayılov, Dmitri Nazarov – Ramil Şeydayev

 

- Rəqibin baş məşqçisi Bakıdakı oyunun ağır keçəcəyini vurğuladı və sizdən sürpriz gözləyir. Siz ola bilərmi ki, bir yox, bir neçə sürpriz hazırlamısınız?

- Rəqibin baş məşqçisinin çətin oyun keçirəcəklərini deməsi şad haldı. Yəqin ki, onları çətin oyun gözləyir. Onları lazımi qədər təhlil etmişik. Sürprizim var, amma burda açıqlamayacam. Sabah hamı görəcək. Mənə görə əsas olan komandanın məşqlərdə keçdiklərini oyunda göstərməsidi.

 

- Bir çox ulduz futbolçuların milli karyerası uğurlu alınmır. Riçard Almeyda “Qarabağ”dakı parlaq çıxışını yığmada sərgiləyə biləcəkmi?

- Mən belə təminat verə bilmərəm. Sabah onun ilk oyunu olacaq. Almeyda peşəkar futbolçudu, məşqlərdə əzmkarlıq göstərir. 6 ildi Azərbaycandadı, bəzi oyunçularla bir klubda çıxış edir. İnanıram ki, o, sabah komandamıza kömək edəcək. Amma 100 faizli təminat verə bilmərəm.

 

- Heç-heçə yığmamızı qane etməyəcək. Bərabərlik davam edərsə, sona 15 dəqiqə qalmış sxemi dəyişib, 2 hücumçuya keçə bilərsinizmi?

- İki hücumçu ilə meydana çıxmaq o demək deyil ki, hücum futbolu göstərəcəyik. Amma oyunun gedişinə görə hər hansı bir dəyişikliklər ola bilər. Bunu indidən deyə bilmərəm. Ehtiyatda oturan oyunçular daim hazır olmalıdılar.

 

- Sabah Renat Dadaşovu qısa müddət də olsa, meydanda görə biləcəyikmi?

- Renat çox istedadlı futbolçudu. Yaxın gələcəkdə bizim üçün vacib oyunçu olacaq. Amma sabah üçün tezdi. Sabah meydana çıxacaq futbolçular matçı həll etməlidilər. Renat Almaniyada hələ aşağı yaş qruplarında çıxış edir. Gələcəkdə lazım olacaq, amma sabah üçün 

 

- Şimali İrlandiya Renat Dadaşov və Riçard Almeydadan qorxmalıdımı?

- Onlardan biri sabah əsas heyətdə yer alacaq. Almeyda ilk dəqiqələrdən çıxış edəcək. Ondan qorxmaq önəmli deyil. Onu deyə bilərəm ki, rəqib üçün heç də asan olmayacaq. Ümid edirik ki, azarkeşlərimiz Belfastda Şimali İrlandiya fanatlarının performansını təkrarlayacaq. Rəqibin azarkeşlərinin dünyanın ən yaxşılarından biri olduğunu bilirik. (Apasport.az)


Paylaş: