Yigmamiz yoxlama oyunu kecirecek

Yığmamız yoxlama oyunu keçirəcək

  • 14 Sentyabr 2017, 11:00

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı keçirəcək. Sportlife.az xəbər verir ki, çalışmalar 2 hissədən ibarət olacaq.

Yığmamız ilk olaraq 18-23 sentyabr tarixlərində Bakıda hazırlıqlarını sürdürəcək. Ardınca isə Gürcüstanın Tbilisiyə yollanacaq millimiz burada olduğu müddətdə (24-28 sentyabr) yoxlama matçı keçirəcək.

Hazırlıqların 2-ci hissəsində yığmamızın  Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə iki yoldaşlıq oyununun keçirməsi nəzərdə tutulub. Qarşılaşmalar 25-27 sentyabr tarixində oynanılacaq.


Paylaş: