1:8 hesablı biabrçılıqdan sonra Yunis Hüseynov: Biz də kiməsə 8 qol vura bilərik

1:8 hesablı biabrçılıqdan sonra Yunis Hüseynov: Biz də kiməsə 8 qol vura bilərik

  • 29 Yanvar 2018, 09:15

Sportlife.az xəbər verir ki, “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov Antalyadakı hazırlıq çərçivəsində Polşanın “Yagelloniya” klubuna yoxlama oyununda 1:8 hesabı ilə məğlubiyyətdən sonra müsahibə verib. 

 

Nə baş verdi ki, belə hesabla uduzdunuz?

- Antalyaya gələndən bir gün də olsun dayanmamışıq. İki çətin oyunumuz oldu. Dünən də matçdan əvvəl çox ağır məşq etdik. Futbolçularımda yorğunluq var idi. Hətta bu, meydanda hərəkətlərindən də hiss olunurdu.

 

Hesabı kənarda qoysaq, omanda oyunundan razı qaldınız?

- Bilirsiz, bu cür qarşılaşmalarda heç vaxt nəticəyə baxmıram. Onların çemponatında oynasam, hə, nəzərə alardım. Anvaq biz Azərbaycanda oynayırıq, onlar Polşada.

 

“Neftçi” da Antalyada yoxlama oyununda 1:8 uduzdu və bu, böyük rezonans yarandı...

- Razıyam. Uduzmağı kim istəyər ki? Hələ bu hesabla heç kim sevməz. Amma yorğunluq çox idi ki, bunu mütləq nəzərə almalıyıq.

 

Ağır fiziki yorğunluq olmasaydı, uduzmayacaqdınızz?

- Sizi inandırım ki, mən bu komanda ilə bir də oynamaq istəyərdim. Oyunu təşkil edən menecerimizə deyəcəm ki, yanvarın 31-də bu komanda ilə imkan varsa, bir matç yenə salsın.

 

Revanş almaq istəyirsiz?

- Belə deməyək, sadəcə inanıram ki, komandam polşalılarla bacara bilər. Göstərmək istəyirəm ki, bu nəticə təsadüfi olub.

 

Bəs dava necə oldu?

- Bax, bunda bizlik bir şey yox idi. Tərzin Cahamgirovu yıxdılar və sonra da yerdə təpik vurdular. Bundan sonra futbolçular bir-birinə qarışdılar.

 

Sanki qalmaqalın böyüməsinin əsas səbəbi də hesabın böyük, futbolçularınızın gərginlikdə olması idi...

- Bir az gərginlik ola bilər ki, bu da ormaldı. Bu hesabı heç kim gözləmirdi. Amma yenə deyirəm kİ, bu rəqiblə yenidən oynamaq istəyirəm.  Sadəcə, yükləmə olmayan bir vaxtda.

 

Bəs fasilədə oyunu yarımçıq qoymaq istəmirdiz? Çünki hakim dedi ki, "göylər", yəni "KəpəzⅦ oynamaq istəmir...

- Xeyr, elə fikrimiz yox idi. 43-44-cü dəqiqə idi, elə bildim ilk hissə başa çatıb. Ona görə komandanı çağırdım.

 

Baxışa cəlb olunan müdafiəçini İqor Korotetski keçən ötən oyunda bəyənmişdiniz. Bəs 8 qoldan sonra da onu saxlamaq istəyirsiz?

- Deyirsiniz ki, 8 qolun hamısında o müdafiəçi səhv elədi? Eləmədi ki. Bütün komanda zəif oynadı. Hələ ki, fikirləşirik.

 

Komanda ikinci hissədə fərqli çıxış etdi...

- Bax, məsələ budu ki, kinci hissədə meydana çıxan futbolçularımız əvvəlki hazırlıq matçlarında az oynayıblar. Yəni, çox yorğun deyildilər.

 

Fasilədə kimisə danladınız, kimə iradlarınlzl bildirniniz?

- Baş vermiş qalmaqalla bağlı dedim ki, belə hərəkətə yol vermək olmaz. Mən işlədiyim yerdə intizam əsas şərtdi. Sonra da futbolçuları ruhlandırdıq ki, burda ciddi bir qəbahət yoxdu. Hazırlıq matçı olduğundan belə nəticələr mümkündü. Biz də ola bilər ki, kiməsə 8 qol vura bilərik.

 

“Neftçi” və “Kəpəz” Azərbaycanın iki köklü klubudu. Siz və Tərlan Əhmədov da ölkə futbolunda önəmli xidmətlər etmiş adamlardansınız. Belə olan halda, belə nəticələr acınacaqlıdı...

- Bunu belə qələmə vermək düzgün deyil axı. İzah elədim ki, futbolçularım çox yorğun idi. Bu komandayla bir oyun yenə keçirmək istəyirəm. Onda sizi də çağıracam ki, gəlin, baxın.


Paylaş: