Aysen Ebdulezimova: Bu sual cavabi tapilan suallardan deyil, Qadinlardan ibaret voleybol yigmamizin uzvu

Ayşən Əbdüləzimova: Bu sual cavabı tapılan suallardan deyil...

  • 6 Avqust 2017, 13:30

Qadınlardan ibarət voleybol yığmamızın üzvü Ayşən Əbdüləzimova Azərbaycan Voleybol Federasiyasının rəsmi feysbuk səhifəsindən azarkeşlərin suallarını cavablandırıb. Sportlife.az həmin müsahibəni təqdim edir.
 
Ayşən neçə yaşında voleybolla məşğul olmağa başlayıb və voleybolu ona sevdirən nə olub?
- Voleybolla 8 yaşdan məşğul olmağa başlamışam. Voleybolu mənə sevdirən elə voleybolu özü olub (gülür). Bu idman növünü həmişə sevirdim və şadam ki, bu yolu seçdim.
 
Avropa klublarında görərik, inşallah...
- İnşallah. Mən bu barədə hələ heç nə deyə bilmərəm. Daha doğrusu, bu haqda düşünmürəm. Çünki hal-hazırda bütün fikirlərim milli komanda ilə bağlıdır.
 
Ən sevimli azarkeşlərin kimlərdi?
- Sözsüz ki, valideynlərim.
 
Ən sevdiyin oyunçu kimdir?
- Vaxtı ilə İtaliya millisinin şərəfini qorumuş Simona Gioli.
 
Əslən şəkili olan Ayşən sonuncu dəfə Şəkidə nə vaxt olub?
- Düzünü desəm, yadımda deyil. Amma Şəkini çox sevirəm. Bu sualdan sonra o yerlər üçün darıxdığımı anladım. Boş vaxtım olan kimi, oralara mütləq gedəcəm.
 
Gələcəkdə məşqçi olmağı fikirləşirsiniz?
- Perspektivdə hər şey ola bilər. Amma bu sual məncə 3-4 ilə həll olunan və ya cavabı tapılan suallardan deyil. Mən hələ oynamaq istəyirəm, gələcəyi isə zaman göstərəcək.
 
Karyeranızda ən çətin və ən yaddaqalan qarşılaşma hansıdır?

- 2014-cü ildə keçirilən dünya çempionatının ilk oyununu qeyd edərdim. Dünya reytinqinin üçüncüsü olan yaponlarla qarşılaşırdıq. O matç yaddaşımdan silinməz. DÇ-də debüt oyunum idi. Yadımdadır ki, qarşılaşmaya pis başladıq, amma toparlanıb tay-brekdə qələbə qazana bildik. Bu oyunu həm ən çətin, həm də ən yaddaqalan matçım kimi dəyərləndirərdim.
 
Karyeranızı nə vaxt bitirəcəksiniz?
- Görsəm ki, voleybol artıq mənə həzz vermir, oyunun ləzzətini hiss edə bilmirəm və ya kiminsə yerini haqsız olaraq tuturam, karyeramı bitirəcəm. Ancaq ona qədər hələ var.
 
20 yaşdan sonra voleybol oynamağa başlaya bilərəm?

- Həvəskar səviyyədə, əlbəttə ki.


Paylaş: