Azad Esgerov Bakida kecirilecek qrapplinq uzre dunya cempionati barede danisdi, Federasiyasinin prezidenti Azad Esgerovun sportlife.az saytina musahibesi

Azad Əsgərov Bakıda keçiriləcək qrapplinq üzrə dünya çempionatı barədə danışdı

  • 9 Oktyabr 2017, 22:07

Azərbaycan Pankration (Qaydasız Döyüş) Federasiyasının prezidenti Azad Əsgərovun sportlife.az saytına müsahibəsi

 

- Əvvəlcə paytaxtımızda keçiriləcək qrapplinq üzrə dünya çempionatı ilə bağlı məlumat verərdiz…

Qrapplinq güləş idman növü üzrə dünya çempionatı 18-21 oktyabr aralığında Bakı İdman Sarayında keçiriləcək. Yarışa 32 ölkəni təmsil edən idmançılar qatılacaqlar. Ölkələrin bir çoxu bu turnirə geniş heyətlə gəlirlər. Çox güclü idmançıların iştirak edəcəyini nəzərə alaraq maraqlı bir turnirə ev sahibliyi edəcəyimizi söyləyə bilərəm.

 

Ölkəmizi bu turnirdə neçə idmançı təmsil edəcək?

- Dünya çempionatı çox böyük bir turnir olduğu üçün, burada bütün çəki və yaş qrupları üzrə idmançılar ən güclü olmaq uğrunda yarışacaqlar. Bizim ölkəmizdən də 150-yə yaxın idmançı medallar uğrunda mübarizə aparacaq.

 

- Ən çox uğur gözlənilən idmançılarımız hansılardı?

- İdmançılarımızın hər birinin qələbəsinə böyük inam bəsləyirik. Amma bir neçə idmançımız var ki, onlara olan etimadımız daha yüksəkdi. Fərid Hadıyev, Hacımurad Purtiyev, Əsgər Eldarov, Vasif Səfərbəyov və İsmət Fərzəliyev demək olar ki, qatıldıqları bütün turnirlərdən qızıl medallarla qayıdıblar. Bu yarışda da onlardan medal gözləntilərimiz daha böyükdü.

 

- İdmançılar yarışa nə dərəcədə hazırdılar?

Hazırlığımız pis keçməyib. Orta səviyyədə hazırlıq keçmişik. Düzdü, hərdən elə olur ki, çox güclü idmançılar gözlənilmədən məğlub olurlar, yaxud da əksinə. Yəni bu idmandı, bilmək olmur. Ümid edirik ki, idmançılarımız biz gözlədiyimizdən də uğurlu çıxış edib bizi sevindirəcəklər.

 

- Neçə idmançıdan medal gözləyirsiz?

- Bu barədə proqnoz vermək istəmirəm, amma bayaq adlarını çəkdiyim idmançılardan medal gözləyirəm. Azyaşlılardan da medal gözləntilərimiz var.

 

- Rəqiblər haqqında məlumatınız varmı?

- Bu idman növü üzrə Polşa, Rusiya, Amerika və Fransa idmançıları aktivlikləri və güclərinə görə seçilirlər. Digər ölkələrin də heyətində səviyyəli idmançılar var. Bütün komandalar ideal heyətlə gəlirlər.


Paylaş: