Bu, bizim işimizdi, kofe də içə bilərik

Bu, bizim işimizdi, kofe də içə bilərik

  • 6 Noyabr 2017, 10:31

Sportlife.az xəbər verir ki, “Zirə”nin kamerunlu müdafiəçisi Jozef Bum Premyer Liqanın XI turunun “Neftçi” ilə oyunundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

 

- Əvvəlcə oyunla bağlı fikirlərini bilmək istərdik...

- Çox gərgin oyun alındı. Belə məcrada keçəcəyini bilirdik. Hətta ilk dövrədə bu komanda ilə qarşılaşandan sonra demişdim ki, “Neftçi” bu çempionatın ən yaxşılarından biridi.

- “Neftçi”nin nümayəndələri, futbolçuları isə bildiriblər ki, “Zirə” bu gün antifutbol oynayırdı...

- Antifutbol deyərkən nəyi nəzərdə tuturlar? Futbolçuları, rəqibi vurmağı?

- Yəni müdafiəyə çəkilib, vaxt öldürürdünüz. Rəqibə oynamağa imkan vermirdiniz...

- Hər kəsin öz fikri var. Biz nəticə üçün meydana çıxmışdıq. Buna da nail olduq. Bundan sonra gələcək oyunlara baxacağıq.

- Komandaların meydandakı mübarizələrini nəzərə alsaq, demək olar ki, “Zirə” layiqli qələbə qazandı?

- "Kim qələbəni daha çox haqq edirsə, o da qazanmalıdı" deyə bir şey yoxdu. Futbol təkcə bundan ibarət deyil. Bizim də qol epizodlarımız oldu. Bunların da birindən faydalandıq və qalib gəldik.

- İki komandanın oyunçuları arasında tez-tez gərginlik yaranırdı. Bu, nədən irəli gəlirdi?

- Bütün bunlar futbolda  olan şeylərdi. Futbol təkcə “Zirə” ilə “Neftçi” arasındakı aqressiyadan ibarət deyil. Futbolda gərginlik, mübarizə normal şeylərdi. Bu, bizim işimizdi. Meydanda rəqib olsaq da, oyundan sonra normal insanlar kimi səhbət də edə, kofe də içə bilərik.

- “Neftçi”də normal münasibətdə olduğun futbolçu var?


Paylaş: