Ekiqo Qəbələdən göndəriləcəyini bilmir: Xəbərim yoxdur

Ekiqo Qəbələdən göndəriləcəyini bilmir: Xəbərim yoxdur

  • 16 Dekabr 2017, 16:35

“Qəbələ”nin nigeriyalı hücumçusu Ekiqo Ehiosunun Sportlife.az saytına müsahibəsi

- “Qəbələ” səninlə müqavilə uzatmayacaq. Bu barədə nə deyə bilərsən?
- Bunu bilmirdim. İlk dəfə sizdən eşidirəm. Məlumat sizdə hardandır?

- Klub rəsmisi mətbuata açıqlamasında deyib...
- (Fikrə gedir). Xəbərim yoxdur. Açığı, heç gözləmirdim də.

- Sənin “Qəbələ” ilə müqavilən nə vaxt başa çatır?
- Müqaviləm mövsümün sonuna qədər nəzərdə tutulub. Niyə belə açıqlama verdiklərini bilmirəm.

- Bəs klubdan bildirilib ki, səninlə 4 aylıq müqavilə imzalanıb. Bu isə o deməkdir ki, qışda müddət başa çatır. Sənə təəccüblü gələn nədir?
- Bəli, rəsmi olaraq, 4 aylıq müqaviləyə imza atmışam. Amma orada müqavilənin mövsümün sonuna qədər uzadıla biləcəyi ilə bağlı bənd var idi. Nə baş verdiyini başa düşmürəm.

- Sən özün “Qəbələ”də qalmaq istəyirsən?
- Bu qərardan sonra necə qalım? Mənim istəyim heç nəyi dəyişmir. Klub belə qərar veribsə, özümə başqa komanda axtarmalıyam. Mənim üçün problem yoxdur.

- Deyilənə görə, müqavilənin uzadılmasını Roman Qriqorçuk istəməyib...
- Heç nə deyə bilmərəm. Çünki xəbərim yoxdur.

- Başqa təkliflərin var?
- Hələ bilmirəm. Çünki “Qəbələ”nin oyunçusuyam. Komandadan ayrılandan sonra bu barədə fikirləşəcəm.

- Qış fasiləsində yeni komanda tapmaq elə də asan olmur...
- Bəli. Amma hələ ki, gözləyəcəm. Görüm, bu işin axırı necə olur.


Paylaş: