Zirənin qanalı hücumçusu: Azərbaycanda nəinki qol vurmaq, oynamaq çox çətindi

Zirənin qanalı hücumçusu: Azərbaycanda nəinki qol vurmaq, oynamaq çox çətindi

  • 9 Noyabr 2017, 12:00

Sportlife.az "Zirə”nin qanalı hücumçusu Riçard Qadzenin müsahibəsini təqdime edir:

 

- Premyer Liqanın XI turunda “Neftçi”ni məğlub etdiniz. Qələbə topunu isə sən vurdun…

- Hə, çox çətin oyun oldu. “Neftçi”nin ardıcıl 4 oyunda qələbə qazandığını bilirdik. Buna baxmayaraq, biz meydandan maksimum nəticə ilə ayrılmaq üçün daha istəkliydik.

- “Neftçi” son oyunlarda “Zirə”ni məğlub edə bilmir. Bunun sirri nədədir?

- Mənə görə, bütün oyunlar çətindi. Biz hər bir matça taktiki intizamla yanaşırıq. Meydana elə bir oyun üslubu ilə çıxırıq ki, rəqiblərimiz bunu çözə bilmirlər. Yenə deyirəm ki, burda əsas pay sahibi məşqçilər heyətidir.

- Hazırda 5 qolla çempionatda ən sərrast hücumçulardan birisən. Ümumiyyətlə, mövsümün əvvəlində bombardirlər siyahısında olacağını gözləyirdinmi? 

- Əlbəttə, bu, mənim üçün sürpriz olmadı. Çünki daim öz üzərimdə işləyirəm. Bunu həm komandam, həm də özüm üçün edirəm. Həqiqətən məşqlərdə çox çalışıram. Mənə kömək olduqları üçün texniki heyətə də minnətdarlığımı bildirirəm.

- Azərbaycan çempionatında qol vurmaq asandı, yoxsa çətin?

- Premyer Liqada nəinki qol vurmaq, oynamaq çox çətindi. Bütün komandalarda güclü müdafiə xətti var ki, bu da qol vurmağı çətinləşdirir. Fikir verirsinizsə, adətən oyunlarda 1 qol vururam. Dubl və ya het-trik edə bilmirəm.

- Necə düşünürsən, “Zirə” artıq çempionluq uğrunda mübarizə apara bilər? Hazırkı heyət buna imkan verir?

- İndi bu sualı mənə vermək çox tezdi. Mövsüm hələ qabaqdadı. Sadəcə onu deyə bilərəm ki, biz yenə də çox çalışacağıq və hər oyuna eyni ciddiyətlə yanaşacağıq.

- “Zirə”dən əvvəl Hindistan və Finlandiyada oynamısan. Həmin ölkələrin çempionatları ilə Premyer Liqanı necə müqayisə edərdin?

- Fərq yalnız azarkeş dəstəyindədi. Hər iki ölkədə fanatlar komandalarının oyunlarına böyük maraq göstərirlər. Azərbaycanda isə hər bir komanda yaxşı oyun göstərsə də, stadionda çox azarkeş görmürük.

- Ötən mövsümün yarısından Azərbaycanda çıxış edirsən. Burda uzun müddət qalmağı düşünürsən, yoxsa Premyer Liqaya tramplin kimi baxırsan?

- Azərbaycan Premyer Liqası karyeram ərzində çıxış elədiyim ən qəliz çempionatdı. Əlbəttə, gələcəkdə İngiltərə Premyer Liqasına getsəm, mənim üçün fantastik olar. Bu, təkcə İngiltərə yox, digər Avropa ölkələri da ola bilər. Adətən təklif gələndə harada oynayacağıma tez qərar verirəm. İndiki məqamda isə oynadığım ölkədən və klubdan məmnunam. Burda özümü rahat hiss edirəm.

- Bir ilə yaxındır Azərbaycanda yaşayırsan. Bakıda ən çox nəyi bəyənirsən və nədən xoşun gəlmir?

- İndiyə qədər Azərbaycanın bir çox bölgələrini gəzmək şansım olub. Həqiqətən deyə bilərəm ki, hələ xoşuma gəlməyən şeylərlə rastlaşmamışam. Ancaq qürurla deyə bilərəm ki, Azərbaycan sülhsevər, unikal ölkələrdən biridir. Sizin adət-ənənlərinizi və mədəniyyətinizi çox sevirəm. (Rekord.az)


Paylaş: